Nazir həbs olunan müdirin yerinə onu təyin etdi
27 Aprel 2024
14:34 - 7 İyun 2023
Sel sularının İsmayıllı rayonu ərazisində yerləşən bir-neçə yerli əhəmiyyətli avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində yaratdığı problem aradan qaldırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Manset.az-a verilən məlumata görə, intensiv yağıntılar nəticəsində Sərdahar, Kürd Eldarbəyli, 2-ci Yeni yol və Dahar kəndlərinin yollarında sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.
Sözügedən yollarda yaranmış problemlə bağlı əraziyə texnika və canlı qüvvə cəlb olunub.
Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin