"Yeməyi qızdır, gəlirəm dedi"- Ölü tapıldı

14:14 - 07 İyun 2023

\"Yeməyi qızdır, gəlirəm dedi\"- Ölü tapıldı

Türkiyədə Şarkıkaraağaç-Kızıldağ yolunda tikintinin həyətində bir qadın ölü tapılıb.

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, İspartanın Şarkıkaraağaç məhəlləsində yaşayan Semiha K. dünən saat 18.30 radələrində evdən çıxdıqdan sonra ondan xəbər alınmayıb.

"Yeməyi qızdır, gəlirəm" deyərək evdən çıxan Semiha bir müddət sonra qayınanası tərəfindən tikintinin həyətində  ölü tapılıb.

Onun necə öldüyü haqda isə bir məlumat yoxdur.

Manşet.az 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv