İş xanımı Arzu Fərəcova və Cüneyt Asanın təşəbbüsü ilə şəhid övladlarına bayram şənliyi keçirildi - VİDEO+FOTOLAR

14:00 - 7 İyun 2023

İş xanımı Arzu Fərəcova və Cüneyt Asanın təşəbbüsü ilə şəhid övladlarına bayram şənliyi keçirildi - VİDEO+FOTOLAR

"Günaydın" restoranlar şəbəkəsinin qurucusu Cüneyt Asan və "Ələddin" MMC şirkətinin icraçı direktoru, iş xanımı Arzu Fərəcovanın təşəbbüsü ilə 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə şəhid övladlarına bayram şənliyi təşkil edilib.


Manset.az xəbər verir ki, 44 günlük vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin övladları və onların valideynlərinin iştirakı ilə baş tutan tədbir, maraqlı anlarla yadda qalıb. Bayram şənliyində uşaqlar musiqi sədaları altında rəqs edib, bolluca əyləniblər və sehrbazın maraqlı nömrələrini izləyiblər. 

Cüneyt Asan bildirib ki, şəhid övladlarının yaxşı vaxt keçirib, əylənməsi üçün hər zaman oların yanında olmalıyıq.

Arzu Fərəcova isə söyləyib ki, şəhid övladlarına dəstək olmaq, onların qayğısına qalmaq hər bir vətəndaşın borcudur.

Tədbirin sonunda isə uşaqlara hədiyyələr təqdim olunub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Manset.az (@manset.az)'in paylaştığı bir gönderi



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin