Növbəti mövsüm üçün transfer çalışmalarına başlayan Beşiktaş İngiltərə Premyer Liqa təmsilçisi Evertondan ayrılan təcrübəli müdafiəçini heyətinə qatmaq niyyətindədir.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Uelintonun gedişi ilə sağ müdafiəçi almaq istəyən baş məşqçi Şenol Günəş meneceri vasitəsilə İngiltərə Premyer Liqa təmsilçisi Evertondan ayrılmaq qərarına gələn Yerry Minayla danışıqlar aparıb.
Karyerasında əvvəllər “Palmeyras” və “Barselona”da çıxış edən Minanın transfer qiyməti 12 milyon avrodur.
Manşet.az