Qəbələ rayonu Laza kəndinə alternativ yol ilə gediş-gəliş təmin olundu

12:18 - 7 İyun 2023

Qəbələ rayonu Laza kəndinə alternativ yol ilə gediş-gəliş təmin olundu

Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Manset.az-a verilən məlumata görə, yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.

Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin