Ermənistanın Baş Naziri Nikol Paşinyan Rusiyaya rəsmi səfərə yola düşüb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.
Paşinyanın Rusiyaya səfəri iyunun 9-na qədər davam edəcək. O, orada Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının, eləcə də MDB ölkələrinin liderlərinin Şurasının iclaslarında iştirak edəcək.