Türkiyədə küçədə silahlı şəxs insident törədib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, silahlı şəxs davalı olduğu adama atəş açarkən güllə hadisə ilə əlaqəsi olmayan yaşlı kişiyə tuş gəlib.
Nəticədə 64 yaşlı Mehmet Ergün ağır, davalı olduğu şəxs isə ayağından yaralanıb.
Hər iki şəxs xəstəxanaya aparılıb. İlkin müdaxilələrə baxmayaraq yaşlı kişi həyatını itirib.
Digər şəxsin isə həyati təhlükəsi olmadığı bildirilib.
Hadisəni törədən şəxsin axtarışı davam etdirilir.
Manşet.az