Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu - FOTO

11:59 - 19 İyun 2021

Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu - FOTO

Kəlbəcərdə göldə boğularaq ölən Azərbaycan Ordusunun zabiti torpağa tapşırılıb.

Manşet.az report-a istinadən xəbər verir ki, kapitan İlham Fərzəliyev Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.O, Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn edilb.

Qeyd edək ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən müharibəsinin iştirakçısı olub və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin