Bəzi rayonlara leysan, dolu yağdı - FAKTİKİ HAVA

08:09 - 7 İyun 2023

Bəzi rayonlara leysan, dolu yağdı - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a bildirilib ki, əvvəlcədən verilən xəbərdarlığa əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Xidmətin iyunun 07-si saat 00:00-a olan məlumatına əsasən Naxçıvan, Şahbuz, Daşkəsən, Yevlax, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl,Tovuz, Balakən, Ağsu, Qəbələ, Şəki, Şahdağ, Oğuz, Quba, Şabran, Altıağac, Xaltan, Qusar, Qrız, İsmayıllı və Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ətraflı

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

 

İsmayıllı rayonunun yüksək dağlıq ərazisindəki Lahıc, Ərəgit, yuxarı Cülyan, Daxar, Yuxarı Zərnava, Qaraqaya kəndlərinə yağan leysan yağış nəticəsində hazırda Girdimançaydan sel keçir.

Zaqatala rayonuna saat 23:30 radələrində xırda dənəli dolu düşüb.

 “Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar əhalini bir daha ehtiyatlı olmağa çağırırıq”- Xidmətdən bildirilib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin