<

Benzema bu kluba transfer oldu - RƏSMİ

00:12 - 7 İyun 2023

Benzema bu kluba transfer oldu - RƏSMİ

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu fransalı hücumçu Kərim Benzema ilə müqavilə imzalayıb.
 

Manset.az xəbər verir ki, klub bu haqda tviter hesabında açıqlama yayıb.

35 yaşlı hücumçunun müqaviləsi 3 illik olacaq. İlk iki mövsüm üçün “Qızıl top”un hazırkı sahibi təxminən 200 milyon avro alacaq.

Xatırladaq ki, iyunun 4-də “Real Madrid” 35 yaşlı hücumçunun mövsümün sonunda ayrılacağını açıqlamışdı.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin