İsmayıllı - Lahıc yolu bağlandı

23:27 - 6 İyun 2023

İsmayıllı - Lahıc yolu bağlandı

Bu gün axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb. Sel səbəbindən avtomobil yolunun hərəkət hissəsi lil qatı və daşlarla örtülüb.

 

Manset.az  AZƏRTAC-a istinadən bildirir ki, sel suları qəsəbəyə və ətraf kəndlərə gedən qaz xətlərini zədələyib, elektrik dirəklərini aşırıb. Hazırda Lahıca elektrik enerjisi və qazın verilişi dayandırılıb.

Eyni zamanda, sel suları Yuxarı Zərnava kəndində gedən yolu da keçilməz edib. Paralel olaraq rayon ərazisindən keçən Girdiman çayının suyunda da artım müşahidə olunur.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin