<

2028-ci ildə yenidən namizəd olacam - Sinan Oğan

22:52 - 6 İyun 2023

2028-ci ildə yenidən namizəd olacam - Sinan Oğan

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində iştirak edən Sinan Oğan yenidən namizədliyini irəli sürmək niyyətindədir.

 

Manset.az xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, 2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacaq. "Heç kimə sirr deyil, indidən elan edirəm, 2028-ci ildə keçiriləcək prezident seçkilərində də namizədəm", - Oğan qeyd edib.

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Oğan seçkilərin ikinci turunda Ərdoğanı dəstəkləyib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin