<

Türkiyəli məşhur aktrisanın əri cinayətkar təşkilatın üzvü imiş - BOŞANIR

22:24 - 6 İyun 2023

Türkiyəli məşhur aktrisanın əri cinayətkar təşkilatın üzvü imiş - BOŞANIR

Türkiyəli aktrisa Nilsu Berfin Aktaşın həyat yoldaşı Sərdar Sertçelikin cinayətkar təşkilatın üzvü olduğu ortaya çıxıb.

 

Manset.az axşam.az-a istinadən bildirir ki, aktrisa ərindən boşanmaq üçün artıq vəkillərinə tapşırıq verib.

Nilsunun ayrılmaq istəyi külli miqdarda pulla xarici ölkəyə qaçan Sərdarı hiddətləndirib. O, bir-birinin ardınca Aktaş haqqında böhtan xarakterli paylaşımlar edib. Lakin sonradan Sərdar paylaşımlarına görə peşman olduğunu bildirib və üzr istəyib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin