<

Emin Əmrullayev TUBİTAK rəhbəri ilə danışıqlar apardı

22:01 - 6 İyun 2023

Emin Əmrullayev TUBİTAK rəhbəri ilə danışıqlar apardı

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) rəhbəri Hasan Mandal ilə görüşüb.

 

Manset.az xəbər verir ki, nazir bu barədə tviter hesabında yazıb.

“İyunun 5-də Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) rəhbəri Hasan Mandal ilə görüş keçirdik. Görüşdə iki qurum arasında əməkdaşlığın cari vəziyyəti müzakirə edildi və elm, texnologiya sahələrində əməkdaşlığa dair Niyyət Məktubu imzalandı”, - nazir qeyd edib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin