İtaliya futbolunun köklü klublarından olan "Livorno"da çıxış edən 18 yaşlı Ənvər Meqbli yol qəzasında dünyasını dəyişib.
Manset.az xəbər verir ki, futbolçunun dostunun sürdüyü motosikletin arxasında hərəkətdə olarkən avtomobillə toqquşması nəticəsində baş verən qəzada dünyasını dəyişdiyi bildirilib.
Futbolçunun qəzadan dərhal sonra helikopterlə Pizadakı Cisanello xəstəxanasına aparıldığı, edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmadığı bildirilib.
Qeyd edək ki, Meqbli Livorno U19 komandasında oynasa da, A Komandası ilə dəfələrlə meydana çıxıb.
İtaliya komandası Pescara klubu da faciəvi qəza ilə bağlı mesaj yayıb və “Yol qəzasında dünyasını dəyişən və ümidverici gələcəyi olan 18 yaşlı Ənvər Meqblinin ailəsinə başsağlığı verib".
Jalə
Manşet.az
Un grande abbraccio alla famiglia di Anwar Megbli, 18enne promessa del Livorno, scomparso a causa di un incidente stradale.
Riposa in pace, Meg pic.twitter.com/nWp47aVIJp — Pescara Calcio (@PescaraCalcio) June 6, 2023