<

“Həmkarlarım efirdə xətrimə dəyib, anamı ağlatdılar” - VİDEO

19:53 - 6 İyun 2023

“Həmkarlarım efirdə xətrimə dəyib, anamı ağlatdılar” - VİDEO

"Mən toya getmirəm! Haqqımda qoy deməsinlər ki, Niyam Salami toya getmək, pul qazanmaq üçün mahnılar oxuyur. Xeyr! Mən mahnıları öz camaatım üçün oxumuşam, gəlirlər restoranımda nə pul salırlar, nə qırğın qopur, nə də ki, toy ab-havası var. Onlar üçün oxuyuram".

 

Manset.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "Şou xəbər" verilişinə müsahibəsində deyib. 

Həmkarları tərəfindən efirdə tənqid olunan sənətçi bildirib ki, onların bu sözləri anasını ağladıb: 

"Efirə çıxıb, heç kimin xətrimə dəymədiyim insanlar efirdə xətrimə elə dəydilər ki... Anamı ağlatdılar. Ağlaya-ağlaya anam mənə zəng vurub, onlar sənə niyə belə edirlər. Dəstəyi asıb başladım ağlama ki, axı mən sizə nə etmişəm. O qədər arxamca danışıb, dedilər ki, Niyam toya getmir. Bir-iki ritmli mahnı oxudum, indi həmin nəğmələrim toylarda səslənir". 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin