Yoluxucu cinsi xəstəliklər rekord həddə çatdı

19:37 - 6 İyun 2023

Yoluxucu cinsi xəstəliklər rekord həddə çatdı

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) bu gün 2022-ci il üçün yoluxucu cinsi xəstəliklərin statistikasını dərc edərək, bu xəstəliklərdə əvvəlki illə müqayisədə əhəmiyyətli artım olduğunu açıqlayıb.

 

Manset.az xəbər verir ki, UKHSA, bu gün dərc etdiyi 2022 cinsi yolla keçən xəstəliklər statistik hesabatında, süzənək xəstəliyinin 2022-ci ildə yüzdə 50,3 artdığına diqqət çəkdi və bunun qeydlərin başladığı 1918-ci ildən bəri ən yüksək diaqnoz olduğunu vurğulayıb. Hesabatda həmçinin qeyd olunub ki, 2022-ci ildə 8692 nəfərdə sifilis diaqnozu qoyulub ki, bu da İkinci Dünya Müharibəsindən bəri ən yüksək diaqnozdur.

Bu barədə UKHSA açıqlamasında bu açıqlama verib.

UKHSA hesabatında gonoreyanın hər yaşda olan insanlarda artdığı, lakin ən çox artımın 15-24 yaş arası gənclərdə olduğu vurğulanıb. Cinsi yolla keçən digər xəstəlik olan xlamidiya isə əvvəlki illə müqayisədə 24,3% artıb.

Jalə

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin