Türkiyənin Muğla vilayətinin Datça qəsəbəsində Yunanıstanın Sahil Mühafizə Xidməti tərəfindən Türkiyənin sahili sularına göndərilən rezin qayıqdakı 31 miqrant xilas edilib.
Bu barədə Manset.az "TGRT Haber-ə istinadən xəbər verir.
Datça sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni miqrant olduğu barədə məlumat alan Sahil Mühafizəsinin xilasetmə gəmisi bölgəyə göndərilib. Yunanıstan sahil mühafizəsi tərəfindən yenidən Türkiyə ərazi sularına buraxılan rezin qayıqlarda olan 31 qeyri-qanuni miqrant xilas edilib.
Xilas edilən 31 qeyri-qanuni miqrant əməliyyatlardan sonra Ula Çıxarma Mərkəzinə təhvil verilib.