<

"Üstümdə nəyim var, hamısı orijinaldır” - Əflatun Qubadov

18:42 - 6 İyun 2023

Müğənni Əflatun Qubadov qatıldığı şou-proqramlardan birində maraqlı açıqlama verib.

 

Manset.az  lent.az-a istinadən bildirir ki, müğənni saçlarını boyayıb-boyamaması barədə suala maraqlı cavab verib.

"Üstümdə nəyim var orijinaldır. Ömründə saçıma boya dəyməyib. 55 yaşıma girmişəm, başımdan nə bir tük düşüb, nə də saçımda ağ tellərim var", -  müğənni qeyd edib.

O əlavə edib ki, kosmetik prosedurlar edənləri, saçlarını boyadanları qınamır, lakin bunu özünə yaraşdırmır.

"Bəziləri parik taxır, bəziləri saç əkdirir. Kim edirsə özü bilər. Mənə yaraşmaz, mən heç vaxt eləmərəm", - o vurğulayıb.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin