<

Astarada eşşək kənd sakininin qulağını dişləyərək qopardı

17:15 - 6 İyun 2023

Astarada eşşək kənd sakininin qulağını dişləyərək qopardı

Astara rayonunda eşşək kənd sakinini dişləyərək xəsarət yetirib.

 

Manset.az “Report”ya istinadən xəbər verir ki, hadisə rayonun Pəlikeş kəndində baş verib.

Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Vəliyulla Talıb oğlu Əliabbasova qonşusunun eşşəyi hücum edib.

Yerə yıxılan kişinin qoluna xəsarət yetirən ulaq V.Əliabbasovun qulağını dişləyib.

Xəsarət alan kənd sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Cərrahi əməliyyatla yaralının qulağı yerinə tikilib.

Yaralıya digər tibbi yardımlar göstərilib, tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin