Ötən gün dünyasını dəyişən ustad sənətçi Nurhan Damcıoğlunun 3 gün əvvəlki səs yazısı ortaya çıxıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, İzmirdəki xəstəxanalardan birinə gedən Nurhan Damcıoğluna ürək çatışmazlığı diaqnozu qoyulub.
Müalicə üçün reanimasiyaya yerləşdirilən sənətçi 82 yaşında dünyasını dəyişib.
56 il səhnədə çıxış edən sənətkarın ölümü pərəstişkarlarını kədərləndirib.
Aktyor Metin Zakoğlu ölümündən 3 gün əvvəl Nurhan Damcıoğlunun telefon səs yazısını yayımlayıb.
Məlumata görə, Damcıoğlu dostuna telefonla mahnı oxuyub.
Manşet.az