Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
16:25 - 6 İyun 2023
Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Manset.az xəbər verir ki, bəyanatda deyilir:
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər bu günlərdə verdikləri bəyanatlarında Azərbaycanda yaşayan ermənilərin hüquqları məsələsi ilə bağlı spekulyasiya edərək ölkəsinin aqressiv və riyakar siyasətini nümayiş etdirməkdə davam edirlər.
Xatırladaq ki, Ermənistan hökuməti bu ölkədə vaxtilə kompakt şəkildə yaşamış yüzminlərlə azərbaycanlının hamısını qovub və onların mədəni irsini sistemli şəkildə dağıdıb. Ermənistan hökuməti həmin insanların qanuni təmsilçisi olan Qərbi Azərbaycan İcmasının qayıdış hüququnun təmin edilməsi üzrə dialoqa başlamaq çağırışlarına cavab vermir.
Öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmaq hüququnu təmin etməkdən nümayişkaranə şəkildə imtina etməsi azmış kimi, Ermənistan Azərbaycanda yaşayan ermənilərin hüquqlarının qorunması bəhanəsi altında Azərbaycan Respublikasının ərazi bütövlüyünə zidd olan və dövlətlərin daxil işlərinə qarışmaq prinsipini pozan yanaşma sərgiləyir. Ermənistan rəsmiləri Azərbaycanda yaşayan ermənilər ilə bağlı hansısa beynəlxalq mexanizm yaradılması kimi sərsəm ideyalarını səsləndirməkdə davam edirlər”.
Bəyanatda daha sonra vurğulanır ki, Ermənistan hökumətinin Qərbi Azərbaycan İcmasının dialoq çağırışını cavabsız qoyması və Azərbaycan hökumətinin dialoq dəvətinə mənfi cavab vermiş və Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar qarşı çıxan separatist ünsürlər üçün hansısa beynəlxalq mexanizmin yaradılmasına çalışması, bu ölkənin destruktiv siyasətini göstərir:
“Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətdən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı tələb edir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin