<

Şəfiqə Nağıyeva onu vuran sürücüdən şikayət edəcək? - VİDEO

15:08 - 6 İyun 2023

Şəfiqə Nağıyeva onu vuran sürücüdən şikayət edəcək? - VİDEO

"Özümü pis hiss eləmirəm. Bu can mənim canım deyil, Allah verib və istədiyi zaman da alacaq. Düzdür, ölüm hadisəsi də ola bilərdi. Lakin hər şey yaxşıdır".

 

Mannset.az xəbər verir ki, bu sözləri vəkil Şəfiqə Nağıyeva onu vuran sürücü ilə bağlı danışarkən deyib.

Ötən günkü qəzadan sonra ilk dəfə "Ümid ilə gəl" verilişinə çıxan vəkil həmin sürücüdən şikayət etməyəcəyini deyib. Nağıyeva bunu sözügedən şəxsin xəstə anası olması ilə əlaqələndirib:

"Sürücünün ağır xəstə anası, ailəsi, uşaqları var. Mən ondan şikayətçi olmayacağam. Bu qəzadan heç kim sağ çıxa bilməzdi".


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin