<

Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO

15:01 - 6 İyun 2023

Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. 

O bildirib ki, ötən gecə Ukrayna ordusu 5 istiqamətdə əks-hücum əməliyyatına cəhd edib. Nəticədə Donetsk və Xerson vilayəti istiqamətində müəyyən irəliləyişlər əldə olunub.

Qeyd edilib ki, Rusiya ordusu tərəfindən Xerson vilayətindəki Kaxovka su anbarı partladılıb. Bu səbəbdən Xerson və Zaporojye vilayətlərində ciddi fəlakət yaranıb.

“Dnepr çayının sağ və sol sahilində onlarla yaşayış məntəqəsi, həmçinin Xerson şəhəri su altında qalma təhlükəsi ilə üz-üzədir”, - deyə jurnalist əlavə edib.

O da bildirilib ki, Xerson vilayəti hərbi administrasiyasının rəhbərinin verdiyi məlumata görə, həmin ərazidən insanların təcili təxliyəsi həyata keçirilir.

Ətraflı videonu təqdim edirik:


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin