<

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası şəffaflığın göstəricisidir - Deputat

14:32 - 6 İyun 2023

"Azəriqaz" İstehsalat Birliyinin hər həftə təşkil etdiyi "Açıq mikrofon" aksiyasını çox müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu, çox müsbət bir tendensiyadır”.
 

Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

Deputat bildirib ki, əslində vətəndaşdan qorxmayan, vətəndaşla açıq təmasda onun problemlərini həll etmək istəyən qurum kimi "Azəriqaz" İB-nin bu təşəbbüsü müsbətdir və dəstəklənməlidir:

"Əlbəttə ki, bu da bir şəffaflığın göstəricisidir. Əgər hər hansı bir digər qurumlar da belə bir  təşəbbüs göstərsə, elə bir problem qalmaz. Bu istiqamətdə ən azı vətəndaşın narahatçılığını ortadan qaldıra biləcək çox ciddi nailliyyətlər əldə etmək olar. Çünki hər bir sahədə narazılıq artdıqca, bu narazılıq dövlətə qarşı çevrilir. İnsanların bu qədər laqeyd qarşılamaq və onların probleminə diqqətsiz yanaşmaq olmaz! 

Həm də qurumların borcudur ki, vətəndaşla daha çevik işləsinlər. "Azəriqaz" İB əslində onun bir nümunəsini ortaya qoyub. Zənnimcə, bunu digər qurumlar da  davam etdirməlidir. Yəni, bu kampaniya xətrinə olmamalıdır. Qurumlar gerçək şəkildə vətəndaşla maraqlanmalıdırlar. Onların problemlərini həll etməyə çalışmalıdırlar".
 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin