Portuqaliyadakı solçu hökumət tərəfindən 100-ə qədər şirkətdə həftədə 4 gün işləmək pilot layihə kimi tətbiq edilməyə başlayıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə ölkənin əmək, sosial müdafiə və həmrəylik naziri Ana Mendes Qodinyo açıqlama verib.
O bildirib ki, iyunun 5-dən qüvvəyə minən fərmana əsasən, əmək haqqına təsir etmədən həftəlik işin 4 günə endirilməsi praktikası işəgötürənlər və istəyən işçilər üçün başlayıb.
Nazirlikdən verilən məlumatda, 100-ə yaxın şirkətin pilot təcrübədə iştirak etdiyi və ümumilikdə 350 min avroya başa gələcək bu proqramın büdcəsinin Məşğulluq və Peşə Təhsili İnstitutu tərəfindən qarşılanacağı bildirilib.
Yeni layihəyə həftəlik iş vaxtının 40-dan 32-yə endirilməsi daxildir.