<

“Neftçi”yə 5600 manatlıq CƏRİMƏ

12:48 - 6 İyun 2023

“Neftçi”yə 5600 manatlıq CƏRİMƏ

AFFA İntizam Komitəsi "Neftçi" klubunu 5600 manat məbləğində cərimələyib.

 

Manset.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Qəbələ"yə uduzduqları Azərbaycan Kubokunun final oyununda yaşananlara görə ziyana düşüb.

Paytaxt təmsilçisi görüş başa çatdıqdan sonra azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlədilməsinə görə isə 4000 manat ödəyəcək.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin