Müəmmalı HADİSƏ: Ruh çağıran qız öldü - FOTO

11:27 - 6 İyun 2023

Müəmmalı HADİSƏ: Ruh çağıran qız öldü - FOTO

Ailəsi ilə birlikdə İspaniyada yaşayan Estefania Qutierrez Lazaro dostları ilə sehrbazlıq edərkən baş verən dəhşətli hadisələrdən sonra dünyasını dəyişib.

 

Manşet.az xarici mətbuata istinadən xəbər verir ki, paranormal hadisələrlə maraqlanan gənc qız ruhani varlıqlarla ünsiyyət qurmaq istəyəndə onun başına qorxu filmlərinə mövzu olacaq hadisələr gəlib. 

Müəllimlərindən biri bu gənclərin maraqlı işlərlə məşğul olduğunu görüb əsəbiləşərək lövhələrini sındırıb və buna son qoymaq istəyib. Amma hadisə ilə bağlı maraqlı bir detal da var. Müəllim Ouija lövhəsini sındıranda sınmış parçalar arasında qəribə bir şəkildə tüstü qalxdı və Estefaniya təsadüfən tüstünü içinə çəkdi. Bu hadisədən sonra hər kəs Estefaniyanın dəyişdiyini gördü. Yeniyetməlik çağında olduğu üçün ilk vaxtlar normal qarşılansa da, gənc qızın davamlı halüsinasiyalar, yuxusuzluq və qıcolmalar keçirməsi hər kəsi narahat etməyə başlayıb. Estefaniya ailəsinə və dostlarına gecələr gözəgörünməz varlıqların ona baş çəkdiyini və onu özləri ilə aparmağa çalışdıqlarını, qəribə paltarlar geyindiklərini deyib. Ailəsi azyaşlı qızlarının vəziyyətindən narahat olduqları üçün dəfələrlə onu həkimə aparsalar da, heç bir nəticəyə gələ bilməyiblər. 

13 iyul 1991-ci ildə Estefaniya ən şiddətli qıcolma keçirdi və bacısı Marianelaya hücum edərək ağzından köpük çıxardı. Ertəsi gün o, dəhşətli katalepsiya tutması keçirdi və komaya düşdü.

Xəstəxanada müdaxilə edilsə də, dünyasını dəyişib və ölüm xəbərinə “Ani və şübhəli ölüm” yazılıb.

Qəribəlik bitməyib. Estefaniyanın ölümündən sonra ailə paranormal hadisələr yaşamağa başladı. Anası qızının otağından qışqırıqlar və yaşlı kişinin gülüşünü eşitdiyini söylədi. Evin qapıları heç kim olmadığı halda öz-özünə açılıb, heç kim toxunmasa da mebellər yerindən tərpənib, pəncərələri sındırılıb. Estefaniyanın anası da bildirib ki, bir gecə kiminsə bədəninə toxunduğunu hiss edib. Bütün bu hadisələrdən sonra 1993-cü ilin noyabrında bir gün ailə qonaq otağında əyləşərkən divardan asılmış Estefaniyanın fotoşəkili qəfildən alovlanıb və kül olana qədər yanıb. Ailə dərhal polisə müraciət edir. Evə gələn polislər evi qarət etsələr də, heç bir iz tapa bilməyiblər və hadisə ilə bağlı heç bir məntiqi izahat verə bilmədiklərinə görə Vallekas Davası adlanan bu hadisə İspaniya tarixində ilk dəfə olaraq “Paranormal” hadisə kimi qeydə alınır.

Manşet.az

 



Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin