<

Paolo Maldini “Milan”ı tərk etdi

11:31 - 6 İyun 2023

Paolo Maldini “Milan”ı tərk etdi

“Milan”ın texniki direktoru Paolo Maldini və idman direktoru Frederik Massara klubu tərk ediblər.

 

Manset.az xəbər verir ki, buna onların klubun sahibi Cerri Kardinale ilə gərgin görüşü səbəb olub. Tərəflər görüşdə növbəti mövsüm üçün strategiya müəyyən etməli idilər, lakin danışıqlar çox pis keçib.

Mütəxəssislərlə “Milan” arasında müqavilələr 2024-cü ilin yayına kimi hesablanıb.

2022/23 mövsümündə “rossonerlər” 38 matçda 70 xal toplayaraq İtaliya A Seriyasını dördüncü pillədə başa vurublar.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin