<

Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olundu - VİDEO/FOTO

11:23 - 6 İyun 2023

Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olundu - VİDEO/FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub. 

 

Manset.az xəbər verir ki, 1300 metr uzunluğa malik sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu, yol örtüyünün vəziyyəti qənaətbəxş deyildi. Bu isə xüsusən payız-qış mövsümündə küçələrdən istifadə edən vətəndaşların rahat hərəkətinə problemlər yaradırdı.

Ortalama eni 6 metr təşkil edən küçədə təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 700 p/metr bordür daşlarının yenilənməsi, 560 kv.metr piyada səkilərin bərpası işləri aparılıb. 

Küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılıb. Yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri yekunlaşdıqdan sonra qazılmış hissədə əks-dolğu işləri icra olunaraq küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib. 

Təmir işləri çərçivəsində küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də yerinə yetirilib. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılması və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

 



Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin