<

Yarım milyonluq dələduzluq edən şəxsə cəza verildi

11:16 - 6 İyun 2023

Yarım milyonluq dələduzluq edən şəxsə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbasəli Mayılovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Manset.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Abbasəli Mayılov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə şəxsə qarşı dələduzluq edib.

O, həmin şəxslərə özünü işgüzar şəxs kimi göstərib uğurlu biznes fəaliyyəti ilə məşğul olmasına inandıraraq Sumqayıt şəhərində avtosalon icarəyə götürüb. Həmin avtosalonda isə Almaniya və Gürcüstandan gətirəcəyi avtomobilləri satıb əldə olunan qazancın yarısını onunla bölüşəcəyi barədə yalan vəd verib.

Abbasəli Mayılov bu yolla zərərçəkmişlərin ümumilikdə 450 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin