Casusluq ittihamı ilə həbs edilən FTB agenti ölü tapıldı

09:00 - 6 İyun 2023

Casusluq ittihamı ilə həbs edilən FTB agenti ölü tapıldı

20 ildən çox Sovet İttifaqına, daha sonra isə Rusiyaya casusluq etməkdə təqsirli bilinən və 2002-ci ildə ömürlük həbs cəzasına məhkum edilən 79 yaşlı keçmiş FTB agenti Robert Hanssen ABŞ-da ciddi rejimli həbsxanada ölü tapılıb.

 

Manşet.az xarici mətbuata istinadən xəbər verir ki, səhər saatlarında Hansseni həbsxana işçilərinin ilk tibbi yardımına və bütün müdaxilələrərinə baxmayaraq onu xilas etmək mümkün olmadığı bildirilib. Bəyanatda Hanssenin ölümünün səbəbi dəqiqləşdirilməyib.1976-cı ildə FTB-yə qoşulan Hanssen 1985-ci ildə Sovet İttifaqına məxfi məlumatları satmağa başlayıb. Hanssen 2001-ci ildə həbs olunanda onun çoxsaylı insan resurslarını, kəşfiyyat texnikalarını və ABŞ-ın məxfi sənədlərini ələ keçirmək müqabilində 1,4 milyon dollardan çox rüşvət aldığı üzə çıxıb. FTB müstəntiqləri agentlik daxilində casusun kimliyini müəyyən etmək üçün illər boyu çalışıblar. Məlumata görə, 2001-ci ilin fevralında həbsindən bir neçə həftə əvvəl 300-ə yaxın əməkdaş Hanssenin istintaqı və monitorinqi üzərində işləyirdi.

Hanssen, FTB tərəfindən Virciniyadakı bir parkda gizli bir yerdən istifadə edərək iki şəxs arasında məxfi materialların və ya məlumatların ötürülməsi üçün istifadə edilən casus ticarət üsulu olan "ölü məktub qutusu" hazırlayaraq tutulmuşdu.

 

Manşet.az


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin