Biləsuvarda ağır qəza: 3 yaralı

23:44 - 5 İyun 2023

Biləsuvarda ağır qəza: 3 yaralı

Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtoqəza nəticəsində 3 nəfər - Neftçala rayon sakini, 1977-ci il təvəllüdlü Rabil Əsgərov, Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Şamil Pənayev və Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Təyyar Əliyev xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin