Xalq artistinin son görüntüsü sevənlərini üzdü - VİDEO
21 Dekabr 2024
21:15 - 5 İyun 2023
İngiltərənin "Tottenhem" komandasının yeni baş məşqçisi bəlli olub.
Manset.az report-a istinadən xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, London klubunu bunadək Şotlandiya "Seltik"inə başçılıq edən Ange Postekoqlu çalışdıracaq.
Premyer Liqa təmsilçisi artıq 57 yaşlı mütəxəssislə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Təyinatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Ange Postekoqlu 2021-ci ildən "Seltik"in sükanı arxasındadır. Qlazqo təmsilçisi avstriyalı mütəxəssisin rəhbərliyi altında geridə qalan mövsümdə ölkə çempionluğu, kuboku və Superkubokunu qazanıb.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin