<

Roma Papası İlham Əliyevi təbrik etdi

21:07 - 5 İyun 2023

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası Fransisk Prezident İlham Əliyevə məktub ünvanlayıb.

 

Manset.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ölkənizlə bağlı əmin-amanlıq və firavanlıq arzularımı, həmçinin atanız, Zati-aliləri cənab Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi çatdırıram.

Azərbaycanın inkişafı, Müqəddəs Taxt-Tac ilə diplomatik münasibətlərin qurulması istiqamətində dahi Heydər Əliyevin səyləri daim minnətdarlıq hissi ilə xatırlanacaq. Uca Tanrıdan diləyirəm ki, Azərbaycana və onun xalqına bundan sonra da tərəqqi, rifah, cansağlığı və əmin-amanlıq nəsib etsin.

Möhtərəm Prezident, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, bütün həmvətənlərinizə Allahdan ruzi-bərəkət diləyirəm".


Xəbər xətti

22 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin