Fransada taxtadan hazırlanmış avtomobil hərraca çıxarılıb.
Manset.az türkiyə mediasına istinadən xəbər verir ki, taxta avtomobilin düzəldilməsinə 2011-ci ildə başlanıb.
Fransada dülgər Mişel Robilyarın alma, albalı, qoz və armud ağaclarından istifadə edərək hazırladığı taxta avtomobil dünən Tur şəhərində keçirilən hərracda nümayiş etdirilib.
Fransanın klassik Citroen 2CV model avtomobilindən sonra modelləşdirilən və dəyəri 150-200 min avro olaraq təyin olunan avtomobili Parisli bir kolleksiyaçı 210 min avroya alıb.
Hərracçı Aymeric Rouillac, avtomobilin satış qiymətinin eyni ikonik model üçün rekord olduğunu və əvvəlki avtomobilin 172 min avroya satıldığını bildirib.
5 ildə tamamladığını bildirən Mişel Robillard, "3 oğlum var idi, bu da mənim kiçik qızım idi" deyib.
Qarşıdakı illər üçün çılğın layihələrin olduğunu bildirən Robillard, növbəti planının 2025-ci ildə 70-ci ildönümünü qeyd edəcək Citroen DS model taxta avtomobil etmək olduğunu söyləyib.
Jalə
Manşet.az