Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevə səfər edib.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" səhifəsində məlumat yayıb.
Tərəflər Ukraynanın NATO-nun Vilnüs sammitindən gözləntilərini müzakirə ediblər.
Zelenski bildirib ki, son həftələrdə “vacib razılaşmalar” əldə olunub.