Goranboya leysan yağdı, dolu düşdü

19:11 - 5 İyun 2023

Goranboya leysan yağdı, dolu düşdü

Goranboy rayonunun ucqar kəndlərinə dolu düşüb, əkin sahələrinə, meyvə ağaclarına zərər dəyib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, günorta saatlarında yağan leysan sonradan güclü doluya çevrilib.

Nəticədə meyvə ağacları, əkin sahələri və digər təsərrüfatlar ziyan görüb.

Qeyd edək ki, yağıntılı hava şəraiti Qərb bölgəsinin digər dağ rayonlarında da müşahidə olunub.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin