Naxçıvanda məktəb binasının çökdü - Cinayət işi açıldı

18:21 - 5 İyun 2023

Naxçıvanda məktəb binasının çökdü - Cinayət işi açıldı

Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə  Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat yayıb.

Bildirilib ki, Babək rayonunun Nehrəm kənd 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

İbtidai istintaqla qeyd olunan hadisənin Naxçıvan Muxtar Respublikası Dövlət şəhərsalma və arxitektura komitəsinin Babək rayon İdarəsində iş icraçısı, 1963-cü il təvəllüdlü Bahadur Novruzovun texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Bahadur Novruzova Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin