Əliyar Ağayev Avropa çempionatının final mərhələsinə təyinat aldı

17:53 - 5 İyun 2023

Əliyar Ağayev Avropa çempionatının final mərhələsinə təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyev Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, 36 yaşlı hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.

A qrupunda Gürcüstanla yanaşı Portuqaliya, Niderland və Belçika, C qrupunda İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı 21 iyun-8 iyulda Gürcüstan və Rumıniyada təşkil olunacaq.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin