ABŞ-ın Baltimor şəhərində keçirilən tibbi konfransda bir kişi səhnəyə çıxaraq həyat yoldaşını təhqir etdiyini iddia etdiyi həkimə sillə vurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə zamanı kişinin arvadı onun yanında olub. Sosial şəbəkədə paylaşılan videoda kişi "Nə etdiyini bilirsən. 7 il əvvəl Nyu Yorkda həyat yoldaşıma toxundun" deyə qışqırdıqdan sonra həkimə şillə vurub.
Video sosial şəbəkələrdə yayıldıqdan sonra həkimin işlədiyi Stony Brook Universitetinin Tibb Mərkəzi araşdırmaya başlayıb.
Kişinin arvadı isə iki dəqiqəyə yaxın davam edən dava zamanı sakitcə yaxınlıqda dayanıb. Sonra kişi həyat yoldaşı ilə birlikdə zalı tərk edib.