"WhatsApp" tərtibatçıları istifadəçilərə iPad-i Android əməliyyat sistemi cihazlarına bağlamağa imkan verəcək yeni funksiya təqdim edəcəklər. iPad-dən əlavə cihaz kimi istifadə etməyə icazə veriləcək.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı "WABetaInfo" portalı yayıb.
Yeni funksiya WhatsApp 2.23.12.12 beta versiyasında artıq mövcuddur və "Google Play"də yükləmək mümkündür.
Qeyd olunur ki, iPad-in əlaqələndirilməsi WhatsApp hesabınızı eyni vaxtda müxtəlif cihazlarla sinxronlaşdırmaq imkanının genişləndirilməsidir.
Çox platformalı hesab dəstəyi ilkin olaraq messencerin iOS versiyasında 2023-cü ilin əvvəlində peyda olub.
Bu, bir əsas cihazı və dördə qədər əlavə cihazı bir hesabla əlaqələndirməyə imkan verir.
Funksiyanın bütün istifadəçilər üçün tam olaraq nə vaxt əlçatan olacağı bilinmir.