Keçmiş baş nazirin xanəndə kürəkəni "Kanal D"də qonaq oldu - VİDEO

14:56 - 5 İyun 2023

Keçmiş baş nazirin xanəndə kürəkəni

Xanəndə Pərviz Qasımov Türkiyənin "Kanal D" televiziyasında qonaq olub.

Manset.az  BAKU.WS-ə xəbər verir ki, muğam ifaçısı məşhur aparıcı Özlem Yıldızın reytinqli verilişi "Konuştukca"da iştirak edib. 

Efir zamanı Pərviz "Sən gəlməz oldun" mahnısını səsləndirib. Onun ifası aparıcılar Özlem Yıldızla Dr. Biran Ekici tərəfindən çox bəyənilib. 

Bu barədə Qasımov sosial şəbəkə hesabında bildirib.

O, dəvətə görə "Kanal D" televiziyasının bütün heyətinə təşəkkür edib. 

Xatırladaq ki, Pərviz Qasımov Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsüdür. Xanəndə sabiq baş nazir Novruz Məmmədovun qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı azyaşlı övladı var. 

Həmin görüntüləri təqdim edirik:


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin