“Qəbələ” müdafiəçisi ilə yollarını ayırdı

14:40 - 5 İyun 2023

“Qəbələ” müdafiəçisi ilə yollarını ayırdı

Azərbaycan kubokunun qalibi “Qəbələ” müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb.

 

Manset.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2021-ci ilin yayından “qırmızı-qara”larda çıxış edən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb.

O, iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin