Yeni pandemiya XƏBƏRDARLIĞI – ÜST hansı güclərin marağına XİDMƏT EDİR?

14:06 - 5 İyun 2023

Yeni pandemiya XƏBƏRDARLIĞI – ÜST hansı güclərin marağına XİDMƏT EDİR?

COVİD-19 başa çatmamış ÜST dünyanı daha dəhşətli pandemiya ilə hədələyir. Bu xəbərdarlıq isə onu göstərir ki, pandemiyalar böyük güclər tərəfindən yaradılır, yayılır və ÜST kimi qurama qurumlar tərəfindən də təşviq edilir. 

Məlumdur ki, 2020-ci ildə alovlanan COVİD-19 qısa zamanda bütün dünyaya yayıldı.

Adi qripdən heç nə ilə fərqlənməyən bu virus ilin bütün fəsillərində yayılmaq qüdrətinə malikdir. Bu da onu göstərir ki, bu virus süni yolla, xüsusi laboratoriyalarda hazırlanıb. 


Təsadüfi deyil ki, pandemiyanın ilk aylarında ÜST-dən daha çox amerikalı milyarder Bil Qeyts danışırdı. Onun verdiyi proqnozlara görə pandemiyə 2023-cü ilin sonuna kimi davam edəcək və ən azı 20 milyon insan bu pandemiya səbəbindən həyatını itirəcək. 

Lakin, bəzi dövlətlərin təşəbbüsləri və imkanları hesabına Qeytsin bədbin proqnozu tam özünü doğrultmadı. Və bu günə kimi cəmi 6 milyon 887 min insan həyatını itirib. 

Lakin ən böyük itki ölkələrin iqtisadi düzənində, insanların şəxsi həyatında oldu. 

Bir neçə dövlət istisna olmaqla, dünyanın əksər dövlətləri çox böyük itkiyə məruz qaldı, iqtisadiyyatları kəskin şəkildə kiçildi. Bu proses əsasən inkişaf etməkdə olan ölkələrdə baş verdi. Məqsəd də o idi ki, bu inkişaf durdurulsun. Təsadüfi deyil ki, ortabab ölkələr bir yana dünyanın üçüncü ən böyük iqtisadiyyatına malik Yaponiya iqtisadiyyatı belə labirintə düşüb. Bu da onu göstərir ki, COVİD-19 sosial bəla yox, iqtisadi-siyasi layihədir.

Pandemiya dövründə böyük güclərin ən böyük qazancı dünya əhalisinin çox asanlıqla idarə edilməsinin uğurlu sınağı idi. Bu gün mənşəyi və məqsədi bəlli olmayan ÜST-ün əli ilə dünya dövlətlərini çox asanlıqla idarə etmək olur. Halbuki, dünya idarəçiliyinə iddialı olan heç bir nəhəng dövlət tarixdə buna nail ola bilməmişdi. Ona görə də ÜST-ün yeni pandemiya iddiası böyük güclərin növbəti sifarişi və layihəsidir.

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Cümşüd Nuriyev bildirib ki, ÜST-ün bu çağırışı gözlənilən idi:

“Çünki, dünyanın dərin dövləti yeni dünya düzəni qurmaq istəyir. Dərin dövlət belə qərara gəlib ki, dünya üçün 8 milyard insan çoxdur. Bütövlükdə yer kürəsində cəmi 2 milyard əhali yaşamalıdır. Bunun da 1 milyardı varlılar, digər yarısı isə o varlılar üçün işləyən kasıb insanlar olmalıdır. Qalan 6 milyard isə müxtəlif yollarla məhv edilməlidir. Onlar bu istiqamətdə ilk eksperimentləri Afrikada apardılar. 

Çünki, insan artımı ən çox bu qitədə idi. Artıq bu artımın qarşısı alınıb. Hazırda Afrikanın 53 dövlətinin əhalisi tək Hindistanın əhalisindən azdır. Bundan əlavə Afrikanın iqtisadi resursları da həmin güclər tərəfindən talan edilib. Bu layihənin digər iyrənc tərəfi də Afrikada xiristianların sayını müsəlmanların sayından yüksəyə qaldırmaq məsələsidir. Çünki, qitə əhalisinin yarıdan çoxu müsəlmandır”. 

Cümşüd Nuriyev qeyd edib ki, bu mənada ÜST-ün yeni pandemiya oyunu quracağı qaçılmazdır:

“Əslində bu qurum böyük güclərin əlində bir maşadır. BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Nəzərə alaq ki, əksər beynəlxalq təşkilatlar və institutlar ABŞ-ın ərazisində yerləşir. Və dünyanın idarə olunmasında əsas qüvvə isə masonlardır. Onlar özlərini dünyanın ağası hesab edirlər. 

Ona görə də iqtisadi resursu olan bütün dövlətləri bir-bir sıradan çıxarırlar. Eyni zamanda dünya birliklərini də parçalayırlar. 

Bu gün əsas hədəf Rusiyanın parçalanmasıdır. Rusiyadan sonra növbədə Çindir. Planda Çindən 4, İrandan isə 5 dövlət düzəltmək var. Çünki, balaca dövlətləri idarə eləmək daha rahatdır. Baxın, ərəblərin 22 dövləti var. Halbuki, 2 ərəb dövləti olsa idi daha qüdrətli olardı. “Parçala-hökm sür” planını masonlar anqlo-saksonlarla birgə həyata keçirir. Qloballaşma adı ilə bu iki güc dünyada vahid dövlət qurmaq istəyir.

Bunun üçün birinci növbədə əhalisi artan və iqtisadiyyatı böyüyən ölkələrin ailə institutlarını dağıdırlar. Milli dəyərləri aradan qaldırırlar. Bu güclər mövcud xalqların əvəzində rahat idarə olunan kütlə formalaşdırmaq istəyirlər. Bu mənada ÜST-ün yeni bəyanatı masonların anqlo-saksonlarla verdiyi birgə qərarın təcəssümüdür”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin