Azərbaycanlılar Donbasda mühasirəyə düşüblər - VİDEO

13:33 - 05 İyun 2023

Azərbaycanlılar Donbasda mühasirəyə düşüblər - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, son iki gündə Rusiya Ordusunun Xarkov, Xerson və Donetsk vilayətinə ardıcıl hücumları müşahidə olunur.

Qeyd edilib ki, Donetsk vilayətinin Toretsk şəhərində vəziyyət gərgindir:

“Son üç gündür, Rusiya Ordusu şəhərə raket zərbələri endirir. İnsanların giriş-çıxışı da ağır döyüşlər səbəbindən çətinləşib”. 

O da bildirilib ki, şəhərdə yaşayan mühasirədə qalanlar arasında azərbaycanlılar da var. “Toretskdə yaşayan azərbaycanlıların əksəriyyəti gərginlik artana qədər oradan çıxsa da, bir qismi müxtəlif səbəblərdən şəhəri tərk edə bilməyib”, - deyə jurnalist qeyd edib.

Ətraflı videonu təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv