Türkiyənin sabiq XİN rəhbəri Mövlud Çavuşoğlu öz postunu yeni nazir Hakan Fidana təhvil verib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
“2014-cü il avqustun 24-ü başladığım vəzifəm boyu böyük bir şərəflə çalışdım. İndi bayrağı təhvil vermək növbəsi mənə çatdı. 8 il ərzində daşıdığım Xarici İşlər Nazirliyi bayrağını dəyərli qardaşım Hakan Fidana təhvil verirəm”, - deyə Çavuşoğlu mərasim zamanı qeyd edib.