Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi - FOTO
3 May 2024
11:11 - 5 İyun 2023
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürüb cəsədini yandırmaqda ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması sona çatıb.
Manset.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən İlkin Süleymanov ittiham olunduğu maddələrlə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayət hadisəsi 2020-ci ildə baş verib. 1973-cü il təvəllüdlü İlkin Süleymanov həmkəndlisi-10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə, cəsədini yandırmaqda ittiham olunur.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin