İbrahimoviç futboldan getdi - VİDEO

09:58 - 5 İyun 2023

İbrahimoviç futboldan getdi - VİDEO

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç karyerasını başa vurub.

 

Manset.az xəbər verir ki, “Verona” ilə görüşdən sonra isveçli hücumçunun azarkeşlərlə vida mərasimi keçirilib. 

Əvvəlcə “San-Siro” stadionunun tablosunda onun oyunlarından yaddaqalan anları əks etdirən videogörüntü təqdim edilib. 

Daha sonra futbolçular İbrahimoviçə çempionluq dəhlizi açıblar. Ardınca hücumçuya klubun bütün futbolçularının imzası olan xatirə köynəyi verilib.

O, vida mərasimində göz yaşlarını saxlaya bilməyib.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin