Türkiyə boğazlardan keçid qiymətlərini yenidən artırır

09:31 - 5 İyun 2023

Türkiyə boğazlardan keçid qiymətlərini yenidən artırır

Türkiyə iyulun 1-dən etibarən ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq.

 

Manset.az xəbər verir ki, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsinin məlumatına görə, İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyasına uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumların əmsallarında qızıl frankın baza dəyəri 1 iyul 2023-cü il tarixindən etibarən 4,42 ABŞ dolları olacaq.

Məlumatda, həmçinin qeyd edilib ki, Türkiyənin boğazlardan keçən gəmilərdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon ABŞ dollarına çatacaq.

Xatırladaq ki, aprel ayının sonunda Türkiyə Sahil Mühafizəsi Xidməti yük gəmisinin sıradan çıxması səbəbi ilə Bosfor boğazının müvəqqəti bağlandığını elan edib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin